Bizim tarix


Alipaşa baba öz dövrünün Allaha yaxın ilahi sevda ilə yaşayan saxalı kişilərindən biri olub.

Şairin gözəlliyi onun şeirində olduğu kimi, arının gözəlliyi də balınan tərənnüm olunub. Bu gözəlliklərin hər ikisi anamız yer kürəsinə səmavi paydır. Bu səmavi payın qədir-qiymətini bilən Əlipaşalar nəsli, ulu Əlipaşa babadan (1824-1902) estafeti götürən oğlu Abdulla, (1850-1912) atasının adını qoyduğu oğlu Əlipaşaya (1873-1936) sənət əmanətini ötürür. Nəvə Əlipaşa da öz növbəsində atası Abdullanın adını qoyduğu oğlu Abdullaya (1907-1943) bu qədim sənətin nəsil estafetini ötürür.

İllər keçdikcə təcrübə çoxalır, məhsul bollaşır. Abdulla baba da öz növbəsində genişlənən təsərrüfatı oğlu Əvvələ, (1930-1998) əmanət edir. Əvvəl baba isə elm-texnikanin inkişaf etdiyi XX əsrdə bu müqəddəs peşənin sirrinə, sehirinə, elminə daha da dərindən yiyələnib onu genişləndirir.

Hazırda Əvvəl babanın oğlu Şəhriyar bəy ailəsi ilə birlikdə, bu ailə təsərüfatını yaşadır və inkişaf etdirir.